Rayonlara gediş gəliş məsələsinə baxılacaq - Operativ Qərargah

11:07 29.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sanitar-epidemioloji vəziyyət təhlil edilərək rayonlararası gediş-gəlişin tam açılması məsələsinə təkrar baxılacaqdır.

Hafta.az-ın məlumatına görə, bu barədə Operativ Qərargahdan məlumat verilib.

Qeyd edək ki, Azərbaycan ərazisində tətbiq olunan xüsusi karantin rejiminin 2020-ci il 30 sentyabr saat 00:00-dək uzadılması qərara alınıb.

Bildirilib ki, virusa yeni yoluxma hallarına yol verməmək üçün bir daha bütün vətəndaşlarımızı tətbiq olunmuş karantin rejiminin tələblərinə və tibbi-profilaktik qaydalara riayət etməyə, sosial məsafə saxlamağa, tibbi maskalardan istifadə etməyə çağırırıq.

Sosial rubrikasından digər xəbərlər